12:48 29-04-2015
news_image
461
TOP OYUNLARI

Slovakiya Azərbaycanla oyuna 17 legioner çağırıb, planlarını açıqladı

Qadın voleybolçulardan ibarət Slovakiya yığması Avropa çempionatının pley-off mərhələsində Azərbaycanla oyun üçün təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, komanda baş məşqçi Marek Roykanın rəhbərliyi altında 2 şəhərdə hazırlıq keçəcək.

 

Belə ki, Puxovda bir araya gələn milli burada mayın 9-dək əsasən fiziki çalışmalar üzərində işləyəcək. Ardınca Laviçeyə köçəcək komanda mayın 11-13-də ikitərəfli oyunla yığmamızla görüşə konsentrasiya olmağa başlayacaq. Maraqlıdı ki, rəqibimiz də millimiz kimi məhz Belarus voleybolçuları ilə yoxlama görüşlərində güclərini sınayacaqlar. Onlar Faiq Qarayevin yetirmələrindən fərqli, mayın 14-16-da 3 hazırlıq qarşılaşmasına çıxacaqlar. Mayın 21-də ölkəmizə gəlməyi planlaşdıran Slovakiya 2 gün sonra baş tutacaq qarşılaşmanın ardınca yenidən Laviçeyə qayıdacaq və cavab matçı üçün burada voleybolçularımızı gözləyəcəklər.

 

Royka yığmamızla oyun üçün 21 voleybolçu çağırıb ki, onlardan cəmi 4 yerli çempionatda oynayır:

 

Toppaylayıclar: Alisa Sokolova-Szekelyova (Rota Kolej, Türkiyə), Katarina Dudova (Fridek-Mistek, Çexiya), Barbora Kosekova (Slaviya)
 

Hücumçular: Martina Nosekova (Şarlerua, Belçika), Nikola Radosova (Potsdam, Almaniya), Miroslav Kuciakova (Slaviya), Miroslava Kiyakova (Şaffhauzen, İsveçrə), Dominika Drobnakova (Kale, Fransa), Veronika Riçveissova (Nitra), Tatyana Crkonova (Aahen, Almaniya), Pavel Kubova (Fridek-Mistek, Çexiya), Monika Stankovianska (St.Kemper, Fransa), Susana Piseçna (Nitra)
 

Blokçular: Yroslava Pencova (Dresden, Almaniya), Simon Kosovo (Aahen, Almaniya), Veronika Hronçekova (Şverinen, Almaniya), Mikaqla Abrhamova (Le-Kann, Fransa), Monika Şmitalova (Kale, Fransa), Nina Herelova (Şveçat, Avstriya )
 

Liberolar: Dominika Valaçova (Aaxen, Almaniya), Lusiya Nikmonova (Bratislava)

Qeyd edək ki, slovakiyalılar Faiq Qarayevin yetirmələri ilə mayın 23-də və 30-da qarşılaşacaqlar.