10:48 30-04-2015
news_image
251
DİGƏR NÖVLƏR

“Synergy Baku”dan növbəti uğur - FOTO

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 29-da keçirilən 169 km-lik 5-ci mərhələsi “Synergy Baku” üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin üzvü Matey Müqerli məsafəni 4 saat, 13 dəqiqə, 4 saniyəyə başa vurub. O, bununla da finiş xəttini 3-cü keçib.

 

5-ci mərhələdə digər velosipedçilərimizin çıxışına gəlincə, Maksim Averin 13-cü, Dennis van Vinden isə 18-ci nəticə göstərib. 5-ci mərhələdəki uğurlu çıxışı Müqerliyə ümumi təsnifatda 5-ci pilləyə yüksəlməyə imkan verib. İndi o liderdən cəmi 24 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" bir pillə irəliləyib və hazırda 22 kollektiv arasında 2-ci yerdədi.

 

Bu gün keçiriləcək 6-cı mərhələdə iştirakçılar 149 km məsafə qət edəcəklər.

 

"Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.

 

Qeyd edək ki, Müqerli "Le Tour de Bretagne"ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamışdı. 4-cü mərhələdə isə Yannis Tamuridis fərqlənərək 2-ci olmuşdu.