15:09 02-05-2015
news_image
357
DİGƏR NÖVLƏR

Fransada uğurlu sonluq - FOTOSESSİYA

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 146 km-lik sonuncu mərhələ də “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb.

 

Belə ki, komandamızın üzvü Matey Müqerli məsafəni 3 saat, 22 dəqiqə, 22 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib.

 

Müqerli "Le Tour de Bretagne"ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamış, 5-ci mərhələdə 3-cü olmuşdu. 4-cü mərhələdə isə Yannis Tamuridis 2-ci nəticə göstərmişdi. 7-ci mərhələ digər təmsilçimiz Dennis van Vinden 8-ci yeri tutub.

 

7 mərhələli yarışda 3 dəfə fəxri kürsüyə qalxan Mügerli bununla da ümumi təsnifatda 6-ci yeri tutub.

 

Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyırdı.