15:35 02-05-2015
news_image
1490
DİGƏR NÖVLƏR

Heydər Əliyevin xatirəsinə velosiped yürüşü

Mayın 3-də Bakıda Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, saat 10:00-da başlanacaq tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.

 

Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdi. Arzu edənlərin mayın 3-ü, saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.