21:45 02-05-2015
news_image
3717
DÖYÜŞ NÖVLƏRİ

300 milyon dollarlıq döyüşə saatlar qaldı

Amerikanın Las-Veqas şəhərində bütün zamanların ən bahalı boks qarşılaşması baş tutacaq. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə sabah saat 06:00-da başlaycaq WBC və WBO versiyası üzrə döyüş Floyd Mayvezer və Manni Pakyao arasında keçiriləcək.

 

Ümumilikdə 300 milyon dollar mükafat fondu olan dueldə Mayvezer 180, Pakyao isə 120 milyon dollar qazanacaq.

 

Bu vaxta qədər keçirdiyi 47 qarşılaşmanın hamısında qələbə qazanmış amerikalı Mayvezerlə 8 fərqli versiyada dünya çempionu olmağı bacarmış yeganə boksçu filippinli Pakyaonun çıxışına boks həvəskarlarının marağı o qədər böyükdü ki, qiymətləri 1500 - 10 min dollar arasında dəyişən biletlər satışa çıxdıqdan 1 dəqiqə sonra tükənib.

 

Qara bazarda isə rinqə yaxın yerlərə biletlərin 140 min dollardan satıldığı iddia edilir.

 

Təxminən 400 milyon dollar qazanc əldə edilməsi gözlənilən qarşılaşma 12 raund davam edəcək.