13:11 03-05-2015
news_image

“Əsrin döyüşü”ndə Mayvezer qalib gəldi - FOTO

Bu sabah Las Veqasda baş tutan və orta ağır çəkidə dünyanın iki məhşur boksçusunun qarşı-qarşıya gəldiyi möhtəşəm döyüşü amerikalı Mayvezer qazanıb. Apasport.az saytının məlumatına görə filippinli rəqibi Manni Pakyao üzərində 12 raunddan sonra xal hesabı ilə qələbə qazanan Mayvezer bununla da peşəkar karyerası ərzində çıxdığı 48-ci döyüşü də qələbə ilə başa vurub.

Pakyao isə karyerası boyunca 6-cı məğlubiyyəti ilə barışlamlı oldu.