10:31 04-05-2015
news_image
3920
TOP OYUNLARI

Azərbaycan Çempionlar Liqasına 2 klubla gedir?

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümündə iştirak edəcək komandalardan 14-ü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yeni ildə mövsümün ən nüfuzlu klub turnirinə vəsiqə qazanan bu komandalar hələlik 8 ölkəni təmsil edir.

 

2015/2016 mövsümündə Azərbaycanı Super Liqanın dəyişməz çempionu “Rabitə” ilə yanaşı, gümüş medalçı “Lokomotiv”in də təmsil etməsi gözlənilir. Həmçinin, ölkəmiz 3 klubla yarışa qatıla biləcəyindən “Azəryol”un da bu turnirə qoşulacağı istisna edilmir.

 

Lakin “Lokomotiv” Çempionlar Liqasından kənar da qala bilər. Çünki klubun gələcək taleyi hələ tam təsdiqini tapmayıb.

 

Hər halda, bütün bu qaranlıq məqamlara mayın 20-dək aydınlıq gələcək. Çünki Çempionlar Liqası ilə yanaşı, CEV kuboku və “Çelenc Cup” iştirakçıları da həmin tarixədək sifariş ərizələrini təqdim etməlidilər. Püşkatmanın isə iyulun əvvəlində olacağı gözlənilir.

 

 

Çempionlar Liqasının 2015/2016 mövsümünün iştirakçıları

 

“Fənərbaxça” (Türkiyə)

“Vakıfbank” (Türkiyə)

“Əczaçıbaşı” (Türkiyə)

 

“Dinamo” (Kazan, Rusiya)

“Dinamo” (Moskva, Rusiya)

Müəyyənləşməyib (Rusiya)

 

“Novara” (İtaliya)

“Kasalmaqqiore” (İtaliya)

 

“Rabitə” (Azərbaycan)

“Lokomotiv” (Azərbaycan)

 

“Kann” (Fransa)

Müəyyənləşməyib (Fransa)

 

“Ximik” (Polşa)

“Polşa” (Polşa)

 

“Dresdner” (Almaniya)

 

“Volero” (İsveçrə)

 

Qeyd edək ki, yarışa ən azı 20 klubun qatılacağı gözlənilir. Reqlamentə əsasən, “Azərreyl” və “Telekom” qitənin ikinci və üçüncü dərəcəli klub turnirində oynaya bilərlər.