13:04 04-05-2015
news_image

Elmar Qasımov hamıdan öndə!

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, may üçün müəyyənləşən siyahıda Azərbaycan millisinin idmançıları da var.

 

Hacıağa Hacıəhmədovun yetirmələri ən yaxşı nəticə Elmar Qasımova məxsusdu. İştirak etdiyi son yarışlarda özünü yaxşı tərəfdən göstərən cüdoçumuz 100 kq çəki dərəcəsində 2-ci pillədədi. Yığmamızın aparıcı üzvlərindən Qasımovla yanaşı, daha 3 həmyerlimiz ilk “10-luq”da qərarlaşıb. Orxan Səfərov (60 kq) 3-cü, Rüstəm Orucov (73 kq) 5-ci və Elxan Məmmədov (100 kq) 8-ci yeri tutur.

 

Böyük perspektiv vəd edən Məhəmmədəli Mehdiyev komanda yoldaşlarından fərqli, 2 çəkidə ölkəmizin ən yaxşısıdı. 81 kq çəki dərəcəsində 59-cu olan cüdoçumuz 90 kq-da 49-cudu.

 

Komandamızın digər üzvlərinə gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şixəlizadə 20-ci, Tərlan Kərimov (hər ikisi 66 kq) 34-cü, Tural Səfquliyev (81 kq) 97-ci, Şahin Qəhrəmanov (90 kq) 55-ci, Uşanqi Kokauri (+100 kq) 37-ci və Kifayət Qasımova (57 kq) 36-cı yerdə qərarlaşıb.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.