13:28 06-05-2015
news_image
6618
DİGƏR NÖVLƏR

Tour d’Azerbaidjan-2015: I mərhələyə yekun vuruldu


Bu gün “Tour d’Azerbaidjan-2015” veloyürüşünə start verilib. Apasport.az saytının məlumatına görə, 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın ilk mərhələsi paytaxtda başlayıb.

 

Startdan öncə iştirakçı komandaların təqdimatı baş tutub. Turun start fiti isə saat 10:30-da Dövlət Bayrağı Meydanında verilib. Ümumi uzunluğu 154 km təşkil edən mərhələyə Sumqayıtda yekun vurulub.

 

Bakıdan “Gənclik şəhəri”nə yollanan yürüş iştirakçıları burada şəhər marşrutu üzrə 5 dövrə vurduqdan sonra finiş xəttinə çatıblar. Mərhələnin qalibi adını Marko Kump (“Anria Mobil”, Sloveniya) qazanıb. Liderin daşıdığı göy köynəyi ələ keçirən idmançının mükafatını icra başçısı Eldar Əzizov təqdim edib.  Kump həm də ən yaxı sprinterə verilən yaşıl köynəyə sahib çıxıb.

 

2-ci yeri Franceska Kikki (“Anria Giocattoli” - Sidermec, Italiya) tutub. Ona mükafatı Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov verib.

 

3-cü yeri “Sinergy Baku”nun üzvü Maksim Averin tutub. Ona mükafatı atası Aleksandr Averin təqdim edib.

 

I mərhələnin dağa təsadüf edən hissəsində isə “Sinergy Baku”nun üzvü Azərbaycan təmsilçisi Elçin Əsədov qalib gəlib. Bunula da o, qırmızı köynəyə yiyələnib. Ən gənc velosipedçinin daşıdığı bənövşəti köynək isə Vladimir Xaraxavikə (“Minsk Cycling Club”, Belarus) verilib.

 

Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.