12:07 06-05-2015
news_image
366
DİGƏR NÖVLƏR

"Tour d’Azerbaïdjan-2015" start götürdü - FOTOSESSİYA

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşü start götürüb. 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.

 

Yarışın proqramına əsasən, iştirakçılar bu gün Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərində mərhələni başa vuracaqlar. Marşrutun uzunluğu 154 km-dir.