14:28 06-05-2015
news_image
495
DİGƏR NÖVLƏR

“Bu, komandanın taktikası idi”

“Komanda olaraq, məqsədimizə çatdıq. Fəxri kürsüdə yer alıb, mükafat qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2015” veloyürüşünün 1-ci mərhələsini 3-cü yerdə başa vuran Maksim Averin deyib.

 

“Sinergy Baku” komandasının üzvü Bakıda start götürüb, Sumqayıtda yekunlaşan mərhələnin ardından keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Sprintə bir az problem yaşandı. Amma komanda yoldaşlarımın köməyi sayəsində 3-cü olmağı bacardım”.

 

“Sinergy Baku”nun digər üzvü, ən yaxşı dağ yürüşçüsü olan Elçin Əsədov da uğurunun sirrini açıqlayıb: “Bu, komandanın taktikası idi. Ya mən, ya da komandamızın digər üzvü qabağa çıxıb, bunu bacarmalı idi. Fəxri kürsüyə çıxdığım üçün komanda yoldaşlarıma minnətdaram”.

 

2-ci yeri tutan Franceska Kikki (“Anria Giocattoli” - Sidermec, Italiya) də komandasının üzvlərindən razı qalıb: “Yoldaşlarıma təşəkkür edirəm. Onlar 200 metr məsafədə boşluğu aradan qaldırmağa böyük kömək etdilər”.

 

Ən gənc velosipedçinin daşıdığı bənövşəyi köynəyə yiyələnən Vladimir Xaraxavikə (“Minsk Cycling Club”, Belarus) ilk mərhələdən razı qalıb: “Son dövrədə əlimdən gələni etdim. Burada bütün gücümlə irəli atıldım. Bunun sayəsində də ümumi sıralamada 6-cı pillədəyəm”.