14:45 07-05-2015
news_image
3122
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2015”: Maksim Averin yaşıl köynəyi ələ keçirdi - YENİLƏNİB

“Tour d’Azerbaidjan-2015” veloyürüşünün bu gün keçirilən ikinci mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət yarışın bu hissəsində start xəttinə Bakıda çıxan velosipedçilər finişə İsmayıllıda çatıb.

 

Belə ki, 25 komandanın iştirakı ilə təşkil olunan yürüşün iştirakçıları Velosiped Parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər 187 km qət etdikdən sonra İsmayıllıda qalibi müəyyənləşdiriblər.

 

Mərhələnin qalibi Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) olub. O, həm liderin daşıdığı göy köynəyə, həm də qırmızı köynəyə yiyələnib. Mərhələnin dağ hissəsinin qalibi də Roqliç olub.

 

“Sinergy Baku”nun sloveniyalı velosipedçisi Matey Muqerli  isə finiş xəttini 2-ci keçib. Kristofer Horner (“Airgas-Safeway”, ABŞ) isə 3-cü yeri tutub.

 

“Sinergy Baku”nun üzvü Maksim Averin yaşıl köynəyi ələ keçirib. Bənövşəyi köynəyin sahibi isə Frantişek Sisr  (“Dukla”, Çexiya) olub.

 

Qeyd edək ki, yarışın 3-cü günündə iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (177,2 km) qayıdacaqlar.