12:55 08-05-2015
news_image
1846
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan-2015”: III mərhələ başa çatdı

Bu gün “Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi Bakıdan kənarda baş tutub.

 

25 komanda mübarizənin 3-cü günündə saat 09:30-da Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. Velosipedçilər bu dəfə 177,2 km məsafəni qət ediblər.

 

Finiş xəttinə Coşua Edmonson (“An Post-Çainreaksion”, İrlandiya) 1-ci çatıb. Marko Kump (“Adria-Mobil”, Sloveniya) 2-ci, Matey Muqerli (“Sunergy Baku”, Sloveniya) 3-cü olub.

 

Yarışın dağ mərhələsinin ən yaxşısı adını Azərbaycan və “Sinergy Baku”nun velosipedçisi Aleksandr Surutkoviç qazanıb. O, bununla da qırmızı köynəyə sahib çıxıb.

 

Ötən mərhələnin qalibi Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) ümumi hesabda liderliyini qoruyub, göy köynəyi özündə saxlayıb. Marko Kump (“Adria-Mobil”, Sloveniya) yaşıl köynəyə yiyələnib. Frantişek Sisrdə (“Dukla”, Çexiya) olan bənövşəyi köynəyin sahibi isə dəyişməz qalıb.

 

Qeyd edək ki, 4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllı, Ağdaş və Yevlaxı keçməklə Mingəçevirə yürüş olacaq. Velosipedçilər 205 km məsafə qət edəcəklər.