10:46 08-05-2015
news_image
438
DİGƏR NÖVLƏR

"Tour d’Azerbaidjan-2015"də III mərhələ start götürdü - FOTOSESSİYA

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşündə III mərhələ başlayıb. Apasport.az saytının məlumatına görə, iştirakçılar saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə hərəkət edəcəklər.

 

Ümumi uzunluğu 177 km olan mərhələnin saat 13:45-də başa çatması gözlənilir.

 

Veloyürüşünün 3-cü mərhələsi saat 12:30-dan etibarən "İdman Azərbaycan" və "Eurosport-2" kanalları vasitəsilə canlı yayımlanacaq.