17:06 08-05-2015
news_image
367
TOP OYUNLARI

Yığmamızdan 2-ci qələbə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarus yığması ilə 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının pley-off mərhələsinin Slovakiya ilə qarşılaşmalarına və Bakıda baş tutacaq I Avropa Oyunlarına hazırlaşan yığmamız rəqibini Voleybol Mərkəzində sınağa çəkib.

 

İlk qarşılaşmada 3:2 (23:25, 20:25, 25:22, 25:11, 15:9) hesabı ilə çətin qələbə qazanan millimiz bu dəfə müqavimətə rast gəlməyib. Belə ki, voleybolçularımız matçın taleyini 3 saetdə həll edib – 3:0 (25:21, 25:15, 25:20).