14:16 09-05-2015
news_image
2517
DÖYÜŞ NÖVLƏRİ

“Neftçi”nin cüdoçusu çempion oldu - VİDEO

Sərhədçi İdman Olimpiya kompleksində keçirilən cüdo üzrə "Baku 2015 Böyük dəbilqə" turnirinin ilk günündə Azərbaycan cüdoçusu qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan "Neftçi” İdman Klubunun cüdoçusu Nicat Şıxalizadə bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

 

İdmançımız finalda Böyük Britaniya idmançısı Colin Oatesə vaxtından əvvəl qalib gəlib. . "Neftçi"nin üzvünün çempionluğundan bəhs edən videomaterialı sizə təqdim edirik.