23:18 09-05-2015
news_image

Cüdoçumuz qızıl medal qazandı - FOTOSESSİYA

Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən cüdo üzrə Heydər Əliyev adına Böyük Dəbilqə turnirində növbəti yarışlar keçirilib. Apasport.az saytının məlumatına görə, 73 kiloda yarışan "Neftçi İdman Klubu"nun cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Böyük Dəbilqə turnirində Azərbaycan yığma komandası 2 qızıl medal qazanıb ki, hər iki uğuru qazanan idmançılar "Neftçi İdman Klubu"nu təmsil edir.