01:06 10-05-2015
news_image
1102
TOP OYUNLARI

Türkiyədə şok: Baş hakim oyunu yarıda qoyub getdi

Türkiyə Basketbol Liqasında nadir hadisə yaşanıb. “Fənərbaxça” – “Beşiktaş” qarşılaşmasının gedişatında oyunun baş hakimi Rüştü Nuran fitini ataraq meydanı tərk edib. Apasport.az saytının məlumatına görə, basketbol matçının 35-ci dəqiqəsində baş verən hadisəyə səbəb “Beşiktaş” azarkeşlərinin baş hakimə yönələn ağır təhqir və söyüşləri olub.

 

Beynəlxalq səviyyəli hakim olan və karyerasında “Eurocup” finalı idarə etmək zirvəsi yaşamış Nuran davamlı söyüşlərdən təngə gələrək oyunu yarıda saxlayıb və soyunub-geyinmə otağına yollanıb.

 

Bundan sonra salon boşaldılıb, oyun yenidən başlasa da baş hakim geri qayıtmayıb.