10:08 11-05-2015
news_image

“Böyük dəbilqə”də 3 medal

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 35 idmançı (23 kişi, 12 qadın) qatılan Azərbaycan millisi 2 qızıl və 1 gümüş medal qazanıb.

 

Belə ki, bütün görüşlərini qələbə ilə başa vuran Nicat Şixəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlubiyyət acısı yaşayan Elmar Qasımov (100 kq) isə ikinci yerlə kifayətlənib.

 

Qeyd edək ki, yığmamıza hər 3 medalı "Neftçi" İdman Klubunun yetirmələri qazandırıb. Onların uğuru sayəsində Azərbaycan millisi komanda hesabında 48 ölkə arasında Rumıniya ilə 1-2-ci yerləri bölüşüb.