10:33 11-05-2015
news_image
555
TOP OYUNLARI

Natalya Məmmədovadan növbəti uğur - FOTO

Qadın voleybolçular arasında keçirilən klublararası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, İsveçrədə təşkil olunan yarışın qalibi adına Türkiyənin “Əczaçıbaşı” komandası layiq görülüb.

 

Çempionlar Liqasının qalibi finalda CEV kubokunun ən güclüsu “Dinamo”nu (Rusiya, Krasnodar) məğlub edib – 3:1 (25:16; 25:21; 24:26; 25:19).

 

Üçüncü yer uğrunda isə İsveçrənin “Volero” klubu Braziliya “Reksona Ades” ilə üz-üzə gəlib. Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Sürix təmsilçisi rəqibinə asanlıqla qalib gəlib – 3:0 (25:21; 25:17; 25:18).

 

Qeyd edək ki, “Mirador”la (Dominikan Respublikası) və “Hisamitsu” (Yaponiya) qrup mərhələsində yarışla vidalaşıb.