08:39 12-05-2015
news_image

Dünya çempionatı Mucuya verildi

Taekvondo üzrə 2017-ci ildə keçiriləcək dünya çempionatının ev sahibi məlum olub. Apasport.az saytının məlumatına görə, növbəti mundialı təşkil etmək hüququ Cənubi Koreyanın Mucu şəhərinə həvalə edilib.

 

Bu barədə qərar Çelyabinskdə baş tutan Dünya Taekvondo Federasiyasının 26-cı Baş Assambleyasında verilib.

 

Qeyd edək ki, DÇ-2015 sabah Çelyabinskdə start götürəcək. Bu yarışda ölkəmizi 15 taekvondoçu təmsil edəcək.