12:33 12-05-2015
news_image

“Nokautla hər iki boksçumuzun qisasını aldım” - FOTOSESSİYA

“Neftçi” İdman Klubunun daha 2 üzvü  növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız Almaniyanın Köln şəhərində keçirilən mötəbər yarışlarda inamlı qələbə qazanıblar.

 

Belə ki, peşəkar boksçu Rauf Ağayev və uşu-sandaçı Fərid Mayılov rəqiblərini nokauta salaraq, qalib gəlməkdə ciddi müqavimətlə üzləşməyiblər.

 

Həmyerlilərimiz artıq vətənə qayıdıblar. Onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onlar “Neftçi” İdman Klubunun rəhbərliyi və idman ictimaiyyəti tərəfindən böyük coşğu ilə qarşılanıblar. Peşəkar boksçu Ağayev bildirib ki, bu qələbə onun üçün çox vacib idi: “Çünki rəqibim Xatsiqov əvvəlki illərdə boksçularımız Şahin İmranov və Ağası Məmmədova qalib gəlmişdi. Mən onu nokaut edərək, hər iki boksçumuzun qisasını aldım. "Neftçi İdman Klubu"nun rəhbərliyinə mənə göstərdiyi etimada görə minnətdarlığımı bildirirəm”.

 

Almaniyada "World" kəmərini qazanan Fərid Mayılov da bu uğurunu davam etdirəcəyinə söz verib: “İlk dəfə olaraq qızıl kəmərə sahib oldum. Rəqibim təcrübəli və güclü olsa da, onu nokauta salmağı bacardım. Bizi bu qələbələrə ruhlandıran hər bir şəxsə, həmişə yanımızda olan "Neftçi” İdman Klubuna təşəkkürümü bildirirəm”.