13:50 12-05-2015
news_image
461
TOP OYUNLARI

Molodeçnoda Azərbaycan cütlüyündən uğurlu çıxış - FOTOSESSİYA

Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çimərlik voleybolu üzrə “Tour-2015” çempionatında ilk mərhələyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Belarusun Molodeçno şəhərində təşkil olunan yarış Azərbaycan milliləri üçün uğurlu çıxışla yadda qalıb.

 

Belə ki, qrup mərhələsini məğlubiyyətsiz başa vuran Rakel Ferreyra/Yuliya Kərimova və Vivyan Kunya/Zinaida Lyubimova  turniri mükafatla başa vurublar. Təmsilçilərimiz yarımfinalda güclü rusiyalı cütlükləri uduzduqlarından bürünc medal uğrunda bir-birini sınağa çəkib. Burada isə Kunya/ Lyubimova dueli daha güclü olub.

 

Qrup mərhələsi

Kunya/Lyubimova (Azərbaycan) - Darya Auramçik/Aleksandra Karabinoviç (Belarus) – 2:0 (21:9; 21:11)

Alyona Bernatoviç/Anastasiya Konkina (Belarus) - Ferreyra/Kərimova (Azərbaycan) – 0:2 (3:21; 11:21)

Ferreyra/Kərimova (Azərbaycan) – Yeva Dumbauskayte/Monika Povilaytite – 2:1 (21:16; 15:21; 15:11)

Kseniya Timofeyeva/Svetlana Xolomina - Kunya/Lyubimova (Azərbaycan) – 0:2 (15:21; 12:21)

 

Yarımfinallar

Kunya/Lyubimova (Azərbaycan) – Olqa Motriç/Darya Rudix (Rusiya) – 0:2 (15:21; 9:21)

Ferreyra/Kərimova (Azərbaycan) – Yuliya Abalakina/Kseniya Dabica (Rusiya) – 1:2 (21:19; 13:21; 11:15)

 

3-cü yer uğrunda

Ferreyra/ Kərimova (Azərbaycan) – Kunya/Lyubimova (Azərbaycan) – 0:2 (13:21; 11:21)

 

Final

Motriç/Rudix (Rusiya) – Abalakina/Dabica (Rusiya) – 1:2 (21:19; 21:18; 15:12)

 

Qeyd edək ki, bu turnirlər Avropa Oyunlarına hazırlığa hesablanıb.