14:47 12-05-2015
news_image
589
DİGƏR NÖVLƏR

Azərbaycan üzgüçüsü Seulda qalib oldu

Cənubi Koreyanın Seul şəhərində paralimpiyaçılar arasında keçirilən Ümumdünya oyunları davam edir. Apasport.az saytının xəbərinə görə, yarışların ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.

 

Belə ki, təmsilçilərimizdən Dmitri Saley 100 m məsafəyə üzgüçülük yarışlarında birinci yeri tutub. Digər üzgüçümüz Roman Saley isə Ümumdünya oyunlarının bürünc medalını qazanıb. Hər iki idmançı “Neftçi İdman Klubu”nu təmsil edir.