17:47 12-05-2015
news_image
507
TOP OYUNLARI

Azərbaycan çempionu “Modena” ilə anlaşdı - FOTO

Son 2 mövsümü “Rabitə”də oynayan Dora Horvat karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı macarıstanlı voleybolçu “Modena” ilə danışıqları müsbət yekunlaşdırıb.

 

O, artıq komanda ilə 2 illik müqaviləyə imza da atıb. Yığmasının da şərəfini qoruyan hücumçu bununla da 2012/2013 mövsümündə (mövsümün sonunu Rusiya “Ufimoçka”sında keçirib) çıxış etdiyi komandaya qayıdıb.

 

Qeyd edək ki, Horvat “Rabitə” ilə 2 dəfə Azərbaycan Super Liqasının qızıl və 1 dəfə Çempionlar Liqasının gümüş medalını qazanıb.