09:30 13-05-2015
news_image
703
DİGƏR NÖVLƏR

“Neftçi”dən növbəti uğur

Cənubi Koreyanın paytaxtı Seulda paralimpiyaçılar arasında keçirilən Ümumdünya Oyunlarının ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, bir gün öncə 2 medal qazanan həmyerlilərimiz bu dəfə aktivinə daha 4 mükafat əlavə ediblər.

 

Belə ki, 100 m məsafəyə sərbəst üsulla üzməkdə çempion adını qazanan Dmitri Salev eyni məsafəyə arxası üstə üzməkdə 1.03,05 nəticə ilə ikinci olub. Aktivində bürünc medal olan (100 m sərbəst üsulla) Roman Saley isə 400 m məsafəyə sərbəst üsulla üzməkdə də eyni nəticəni göstərib (4.38,00). 

 

Komandamız atletika növündə də medalları sıralayıb. Uzunluğa tullanma yarışında Kamran Əliyev bütün rəqiblərini qabaqlayaraq, çempion adına layiq görülüb. Həmyerlimiz 7,01 metr tullanıb.

 

Nizə atma yarışlarında isə Vladimir Zayets birinci olub. Atletimiz 45,46 m nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, mükafatçıların hamısı "Neftçi İdman Klubu"nun üzvüdü.