16:44 13-05-2015
news_image
524
DİGƏR NÖVLƏR

“Neftçi”dən 9-cu medal

Cənubi Koreyanın Seul şəhərində paralimpiyaçılar arasında keçirilən Ümumdünya  Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, "Neftçi İdman Klubunun üzvləri yarışda daha 2 qızıl və 1 gümüş medal qazanıb.

 

Belə ki, 400 m məsafəyə qaçış yarışlarında Elmir Cəbrayılov finiş xəttinə birinci çatıb. 100 m məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında idmançılarımız Dmitri Saley qızıl, Ruslan Saley isə gümüş medala sahib olub.

 

Bununla, Azərbaycan idmançılarının Cənubi Koreyada qazandıqları mükafatların sayı 9-a çatıb (4 qızıl, 3 gümüş və 2 bürünc medal).

 

Qeyd edək ki, medalların hamısı "Neftçi İdman Klubunun aktivindədi.