09:45 14-05-2015
news_image
651
DİGƏR NÖVLƏR

“Neftçi”ni bu dəfə Sultanova sevindirdi - FOTO

Azərbaycan yığması Cənubi Koreyanın paytaxtı Seulda paralimpiyaçılar arasında keçirilən Ümumdünya oyunlarında 10-cu medalını qazanıb. Apasport.az saytının məlumatına görə, millimizə növbəti uğuru da “Neftçi İdman Klubu"nun üzvü qazandırıb.

 

Belə ki, bu dəfə fəxri kürsüyə cüdoçumuz Afaq Sultanova qalxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 3-cü yeri tutub.  

 

Qeyd edək ki, Azərbaycan idmançılarının Ümumdünya oyunlarında hələlik 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Medalların hamısı "Neftçi İdman Klubu"nun aktivindədi.