10:33 14-05-2015
news_image
436
TOP OYUNLARI

“İnter”in hücumçusu üçün mövsüm başa çatdı

Topaz Premyer Liqasında çempionluq şansını hələ də qoruyan “İnter”i XXXIV turda çətin Qəbələ səfəri gözləyir. Apasport.az saytının məlumatına görə, “bankirlər” iki futbolçunu səfərə aparmayacaq.

 

Paytaxt klubu uzun müddətdi zədədən əziyyət çəkən hücumçu Junior Nildo və yarımmüdafiəçi Ruben Şakenin xidmətindən hələ də məhrumdu.

 

Klubdan aldığımız informasiyaya görə, braziliyalı forvard üçün artıq mövsüm başa çatıb. Belə ki, Nildo mövsümün son 3 turunda komandasına kömək edə bilməyəcək. Dizində ağrıları olan Şakenin isə nə zaman sıraya dönəcəyi məlum deyil.

 

Qeyd edək ki, bu mövsüm 22 oyunda 8 qol vuran Junior Nildo sonuncu dəfə aprelin 5-də “Xəzər Lənkəran”la XXVIII tur matçında iştirak edib. Qış fasiləsində transfer edilən Ruben Şaken isə cəmi 4 oyunda meydançaya çıxıb. Mövsümün sonunda çox güman ki, hollandiyalı ilə yollar ayrılacaq.