07:57 15-05-2015
news_image
579
DİGƏR NÖVLƏR

Avropa Oyunlarında iştirak edəcək heyət müəyyənləşir - FOTOSESSİYA

Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda yığma komandalarımızın, o cümlədən "Synergy Baku Cycling Project" klubunun bütün azərbaycanlı üzvləri iştirak edir.

 

Yarışın keçirilməsində əsas məqsəd Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirməkdi.

İlk yarış günündə iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar. Bu gün isə qrup yarışları keçiriləcək və mükafatçılar müəyyənləşəcək.

 

Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. UCİ təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.