08:26 15-05-2015
news_image

Boksçularımız beynəlxalq turnirdə

Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə sayca VII beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda 16 ölkənin 100-ə yaxın boksçusu mübarizə aparır.

 

Turnirdə Rusiya komandasından başqa, Azərbaycan, Ermənistan, Belarus, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Çin, Latviya, Moldova, Monqolustan, Polşa, Özbəkistan və digər ölkələrin idmançıları çıxış edir. Ölkəmizi yarışda milli komandamızın 3-4-cü nömrələri təmsil edir.

 

Yarışın ilk günündə iki boksçumuz rinqə çıxıb. 69 kq çəki dərəcəsində gücünü sınayan İman Əhmədli Monqolustan boksçusu Balzoriq Otqonjarqala uduzub. Xəzər Əliyev isə (64 kq) Ermənistan idmançısı Qor Eritçiyanla görüşdən məğlub ayrılıb.

 

Qeyd edək ki, turnirə mayın 17-də yekun vurulacaq.