08:41 15-05-2015
news_image
563
DİGƏR NÖVLƏR

Seulda daha 2 qızıl

Azərbaycan paralimpiyaçıları Seulda keçirilən Ümumdünya Oyunlarında daha iki qızıl medal qazanıblar. Apasport.az saytının məlumatına görə, atletika yarışlarında iştirak edən Elçin Muradov bütün rəqiblərini qabaqlayıb.

 

İdmançımız uzunluğa tullanma yarışlarında hamıdan yaxşı nəticə göstərib - 6,09m.

 

100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında isə Azərbaycan idmançısı Dmitri Saley Oyunların baş mükafatını qazanıb (1.08, 36 san).

 

Ümumi hesabda idmançılarımız Seul Ümumdünya Paralimpiya Oyunlarında 6 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Bütün medal qazanan idmançılar "Neftçi İdman Klubu"nu təmsil edirlər.