18:17 15-05-2015
news_image
613
DİGƏR NÖVLƏR

Portuqaliyadan Azərbaycana velosipedlə gəlir

Portuqaliyalı veteran idmançı Xorxe Kristavao Bakı-2015 I Avropa Oyunları üçün velosiped səyahətini davam etdirir. Apasport.az saytının məlumatına görə, aprelin 10-da Portuqaliyanın paytaxtı Lissabondan Bakıya gəlmək üçün velosipedlə yola çıxmış idmançı artıq Türkiyəyə çatıb.

 

İspaniya, Fransa, Monako, İtaliya və Yunanıstandan keçərək İstanbula çatan Kristovao ordan da Gürcüstana keçərək Azərbaycana gələcək.

 

I Avropa Oyunlarını təbliğ etmək və tanıtmaq üçün səyahətə başlamış atlet təxminən 6600 kilometrlik məsafə qət edərək 62 gün ərzində yolda olacaq. Portuqaliyalı idmançının iyunun 10-da Bakıya çatacağı gözlənilir.