01:10 16-05-2015
news_image
1033
TOP OYUNLARI

“Fənərbaxça” “Real”lıqla barışmalı oldu

Tarixində ilk dəfə Avroliqada yarımfinal oynayan “Fənərbaxça” basketbol komandası Madriddə “Real”a yenilərək finala çıxa bilmədi. Apasport.az saytının məlumatına görə, ilk 15 dəqiqəni üstün bitirən istanbullular sonradan ev sahiblərinin təzyiqi qarşısında davam gətirə bilməyiblər.

 

Ümumi hesabda 96:87 məğlub olan Obradoviçin yetirmələri üçüncülük üçün ÇSKA Moskva ilə qarşılaşacaq.

 

“Fənərbaxça”nı yenərək finala çıxan “Real Madrid” isə çempionluq oyununu “Olimpiakos”a qarşı oynayacaq.

 

Hər iki qarşılaşma mayın 17-də baş tutacaq.