21:17 17-05-2015
news_image
428
TOP OYUNLARI

“Fənərbaxça” Avropada dördüncü oldu

Basktebolda qitənin ən nüfuzlu klub turniri olan Avroliqada tarixində ilk dəfə “dördlü final”da oynayan “Fənərbaxça” basketbol klubu yarışları dördüncü sırada başa vurub. Apasport.az saytının məlumatına görə, Madriddə keçirilən “dördlü final”ın ilk oyununda “Real”a məğlub olan istanbullular üçüncülük oyununda da sevinə bilməyiblər.

 

Obradoviçin yetirmələri Moskvanın ÇSKA klubuna 86:80 hesabı ilə məğlub olaraq turniri 4-cü sırada tamamlayıblar.