00:28 18-05-2015
news_image
879
TOP OYUNLARI

Avropanın ən güclüsü – “Real Madrid”

Basketbolda qitənin ən nüfuzlu klub turniri olan Avroliqanın qalibi “Real Madrid” oldu. Apasport.az saytının məlumatına görə, Madriddə təşkil olunmuş “dördlər finalı”nda əvvəlcə “Fənərbaxça”nı yenən ev sahibləri, həlledici oyunda “Olimpiakos”a qalib gələrək çempion olub.

 

Sürpriz bir şəkildə ÇSKA-nı keçərək finala çıxmış “Olimpiakos”u böyük fərqlə - 78:59 hesabı ilə məğlub edən  “Real Madrid” 8 il sonra evində çempion olan ilk komanda oldu.