09:58 18-05-2015
news_image
471
DİGƏR NÖVLƏR

Azərbaycan idmançıları İsveçdən 3 medalla qayıdırlar

İsveçin Qeteborq şəhərində batut gimnastikası üzrə “Frivolten Cup” adlı beynəlxalq turnir yekunlaşıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək, 3 medal qazandılar.

 

İdmançımız Dmitri Fedorovski ikili minitrampda bürünc medal əldə edib. O, həmçinin özünü fərdi çıxışda nümayiş etdirərək, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

 

Qadınlar arasında fərdi çıxışda isə Sabina Zaytseva öz çıxışını səhvsiz yerinə yetirərək, Azərbaycan yığmasının hesabına 1 gümüş medal yazdırıb.

 

Parallel olaraq, İsveçrənin Jenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda, qadın qrupu – Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova iştirak edirdi. Azərbaycan gimnastları finala yüksələrək, 5-ci yerdə qərarlaşıblar.