11:50 18-05-2015
news_image

Boksçularımız Xabarovskda 2 medal qazanıb

Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca VII dəfə keçirilən yarışda 16 ölkənin 100-ə yaxın dəri əlcək ustası mübarizə aparıb. Komandamız yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.

 

52 kq çəki dərəcəsində çıxış edən İbrahim İbrahimov yarımfinalda koreyalı Kim Jae Kyonq üzərində qələbə qazanıb. Boksçumuz finalda özbəkistanlı Abdurjon Kadırovu da məğlub edərək, beynəlxalq turnirin qalibi adına layiq görülüb.
 

60 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov yarımfinalda Monqolustan nümayəndəsi Otqondalal Dorjuambuya uduzaraq, bürünc medalla kifayətlənib.