12:03 18-05-2015
news_image

Boksçumuz dünya birinciliyinə qələbə ilə başladı

Çin Xalq Respublikasının Taypey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi məşqçi İlham Alimcanovun rəhbərliyi altında 3 boksçu təmsil edir.

 

Turnirin ilk günündə 51 kq çəki dərəcəsində mübarizə aparan Viktoriya İsmayılova rinqə çıxıb. Boksçumuz rusiyalı Qeluisa Qaliyevaya uduzaraq, yarışdan kənardan qalıb – 0:3.

 

Aliyə Vəlizadə isə (54 kq) ilk görüşdə qələbə qazanıb. Milli komandamızın üzvü almaniyalı Mendi Berqi məğlub edib – 3:0. Həmyerlimiz 1/8 finalda irlandiyalı Nataşa Loqanla üz-üzə gələcək.

 

Yarışa mayın 23-də yekun vurulacaq.