17:31 18-05-2015
news_image
624
TOP OYUNLARI

Bolqarıstan millisinin oyunçusu: Azərbaycan çempionatı çox güclüdü

“Azərbaycan çempionatı çox güclü liqadı. İlk 3 pillədə qərarlaşan komandalar çox güclüdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin voleybolçusu Nasya Dimkitrova deyib.

 

Başa çatan mövsümdə Bakının “Azərreyl” klubunun şərəfini qoruyan legioner Bolqarıstan mətbuatına müsahibə verib. Nasya çempionatımız, buradakı çıxışı və gələcək karyerasında danışıb: “Lakin burada çox şey məşqçi və komandanın hazırlığından asılıdı. Şəxsən mən komandamın çıxışından çox razıyam. Bizim komandanın qarşısına hansı hədəf qoyulduğunu bilmirəm. Amma Straşimira Filipova və Yovana Brakoçeviç kimi oyunçulara malik “Azəryol”la rəqabət aparmağımız çətindi. Çünki heyətimizdə təcrübəsi az olan, potensialını tam açmayan voleybolçular yer almışdı. Gələcək karyeramın necə olacağını bilmirəm. Türkiyə və İtaliyadan təkliflərim var. Lakin indi onlar haqda düşünmürəm. Bütün fikrimi milliyə yönəltmişəm”.

 

Qeyd edək ki, Nasya “Azərreyl”ə 2014-cü ilin yayında keçib.