10:19 19-05-2015
news_image
543
TOP OYUNLARI

Slovakiya Azərbaycana məğlub gəlir

Qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi yoldaşlıq matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Marek Roykonun başçılıq etdiyi komanda Belarus yığması ilə 3 qarşılaşmada gücünü yoxlayıb.

 

Onlar ilk matçda 3:1 hesabı ilə qalib gəlsələr də, ardınca 2 dəfə məğlubiyyətə üzülüblər – 1:3; 3:2.

 

Rəqibimiz bununla da hazırlığın əsas mərhələsini başa vurub və mayın 21-də ölkəmizə gələcək. Azərbaycan - Slovakiya görüşü isə mayın 23-nə təsadüf edəcək.

 

Qeyd edək ki, Belarus yığması Slovakiyadan öncə Bakıda Faiq Qarayevin yetirmələri ilə gücünü yoxlayıb və keçirdiyi hər 2 oyunda uduzub (2:3; 0:3).