09:39 20-05-2015
news_image
5126
TOP OYUNLARI

Yığmamızın rəqibi kamerunlu futbolçunu milliləşdirir

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Malta daha bir futbolçunu milliləşdirir. Apasport.az saytının məlumatına görə, bunadək nigeriyalı hücumçu Alfred Effionqu sıralarına qatan “cırtdan ölkə” təmsilçisi heyətini kamerunlu yarımmüdafiəçi Nyonqo Priso ilə gücləndirəcək.

 

Macarıstanın “Qyori ETO” klubunda çıxış edən 27 yaşlı afrikalı 2008-11-ci illərdə Maltada - “Valletta”da oynadığı vaxt bu ölkənin futbol rəhbərlərinin diqqətini cəlb edib. Baş məşqçi Pyetro Qedinin istəyi ilə yığmaya cəlb olunacaq legioner seçmə mərhələnin növbəti matçlarında forma geyə bilər.

 

Lakin onun iyunun 12-də Bolqarıstanla ev oyununadək pasport alacağı inandırıcı deyil. Maltalılar Prisonun sentyabrda İtaliya və Azərbaycanla qarşılaşmalarda iştirak edəcəyinə ümidlidi. Ayın 3-də appeninlilərin qonağı olacaq ada təmsilçisi 3 gün sonra yığmamızı qəbul edəcək.