20:45 20-05-2015
news_image
601
STOLÜSTÜ OYUNLAR

Daha bir şahmatçımız Dünya Kubokunda iştirak edəcək

Qədir Hüseynov Dünya Kubokunda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytı xəbər verib.

 

Beynəlxalq Şahmat Federasiyasının (FİDE)  Prezidenti Kirsan İlyumjinov  Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq, beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq  (Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa Çempionu - 2009, 2013-cü illər, həmçinin 2 dəfə Avropa Çempionatında 3-cü və 2-ci yerlər (2007-2011-ci illərdə )  Dünya Kubokunda iştirakına razılıq verib.

 

Xatırladaq ki, sentyabr ayının 10-dan oktyabrın 6-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. Dünya Kubokunda  128 zəka sahibi birincilik uğurunda mübarizə aparacaq. Azərbaycanı bu yarışda  Şəhriyar Məmmədyarov, Teymur  Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Vasif Durarbəyli  və Qədir Hüseynov təmsil edəcəklər.