11:17 21-05-2015
news_image
714
TOP OYUNLARI

Yığmamız anım mərasiminə qatıldı

Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə matça və Avropa Oyunlarına hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənləri yad ediblər. Apasport.az saytının məlumatına görə, yığmamız baş məşqçi Faiq Qarayev başda olmaqla binanın qarşısında anım mərasiminə qatılıb.

 

Onlar faciə baş verən binanın qarşısına qərənfillər düzərək, yanğında dünyasını dəyişənlərə Allahdan rəhmət diləyiblər.