09:37 22-05-2015
news_image
4420
STOLÜSTÜ OYUNLAR

Məşhur sima Almaniyanı Azərbaycan yığmasına dəyişir

Azərbaycan yığması almaniyalı şahmatçını milliləşdirir. Apasport.az saytının məlumatına görə, Arkadi Naydiç bundan sonra milli komandamızın şərəfini qorumaq niyyətindədi.

 

30 yaşlı qrossmeyster yaxın günlərdə Azərbaycan Şahmat Federasiyası ilə müqavilə imzalayacaq. Artıq Almaniya Şahmat Federasiyası da onun keçidi ilə razılaşıb.

 

Latviyanın paytaxtı Riqada anadan olan Naydiç 11 yaşında Almaniyaya köçüb. Dortmundda yaşayan şahmatçı 2005-ci ildə bu ölkənin vətəndaşlığını alıb. Əksər yarışlarda bu ölkənin millisini I lövhədə təmsil edib. 2011-ci ildə almanların Avropa çempionluğunda mühüm rol oynayıb.

 

Naydiç Almaniya millisindən ayrılmasını federasiya ilə probleminin olması ilə əlaqələndirib. Narazılığının əsas səbəbi odu ki, qurum Top-şahmatçılara lazımı dəstək vermir. Reytinqi 2000 olan şahmatçılara liderlərdən daha çox diqqət ayrılır.

 

Federasiya Naydiçin narazılığını onla izah edir ki, aparıcı şahmatçılar heç də həmişə yığmada çıxış etmirlər. Arkadinin keçidi üçün Azərbaycan tərəfi almanlara 50 min avro ödəməlidi. Bu, FİDE qaydalarında nəzərdə tutulan konpensasiyadı. Həmin qaydalara əsasən, reytinqi 2700-dən yuxarı olan şahmatçı vətəndaşlığını dəyişirsə, onun 2 illik məcburi fasilə etməməyi üçün bu məbləğ ödənilməlidi.

 

 

Qeyd edək ki, hazırda Naydiç FİDE reytinqində 2720 xalla 32-ci yerdədi.