22:05 23-05-2015
news_image
1087
DÖYÜŞ NÖVLƏRİ

Boksçularımız erməni rəqiblərini məğlub edib finala vəsiqə qazandılar

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var.

 

İki boksçumuz isə yarımfinalda uduzaraq, bürünc medala sahib olub. 

 

60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyan üzərində inamlı qələbə qazanıb - 3:0.

 

Boksçumuz finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq. 

 

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də finaldadır.

 

Həmyerlimiz yarımfinalda Gürcüstanı təmsil edən erməni əsilli Artyum Yordanyanı məğlub edib - 3:0.

 

Abdullayev finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək.

 

Cavid Hüseynov da (48 kq) yarımfinalda qalib gəlib.

 

Hüseynov irlandiyalı Lorkan Harleksi üztələyib - 2:1.

 

Boksçumuz qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək.

 

Niyaməddin Allahverdiyev isə (52 kq) yarımfinalda Şotlandiya nümayəndəsi Deklin Daffı məğlub edib - 3:0.

 

Həmyerlimizin finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq.

 

Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.