09:08 25-05-2015
news_image
2404
DİGƏR NÖVLƏR

Azərbaycan Rio-2016-ya ikinci lisenziyanı qazandı

Belarusun paytaxtı Minskdə keçirilən Tələbələrin Respublika Universiadasına yekun vurulub. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, yarışa müsabiqədən kənar qatılan milli komandamızın üzvü Dmitri Marşin çəkicatma yarışlarında 78,52 m nəticə göstərib.

 

Bununla da olimpiya normativini yerinə yetirən Marşin 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına ölkəmiz üçün ikinci lisenziyanı qazanıb.

 

Ondan öncə isə bu hüquqa boksçumuz Albert Səlimov yiyələnmişdi. O, WSB Liqasında 60 kq çəki dərəcəsində reytinq cədvəlində birinci olmaqla, ilk lisenziyamızı təmin etmişdi.
 

Qeyd edək ki, “Ümid” klubunun üzvü Marşin London-2012-yə də bileti Minskdə sifariş vermişdi. O, ölkəmiz adından ilk Olimpiadasında 20-ci yeri tutmuşdu.