10:51 25-05-2015
news_image
661
DİGƏR NÖVLƏR

Velosipedçimiz Rusiyada rekordunu yenilədi - FOTO

Rusiyanın Tula şəhərində velosiped idmanının trek növü üzrə "Grand Prix of Tula" yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında bir idmançımız - Sergey Omelçenko mübarizə aparıb.

 

Həm keyrin, həm də 200 metr məsafəyə sprint yarışında çıxış edən velosipedçimiz hər iki növdə fəxri kürsüyə qalxıb və 2 gümüş medal əldə edib.

 

Yeri gəlmişkən, Omelçenko sprint növündə özünün 2015-ci ildəki şəxsi rekordunu da təzələyib.

 

Uğurlu çıxış sayəsində velosipedçimiz hər növdə aktivinə 54 reytinq balı yazıb.