14:48 25-05-2015
news_image
8467
TOP OYUNLARI

“Telekom” Çempionlar Liqasında...

Azərbaycan Super Liqasının 8 qat qalibi “Rabitə” fəaliyyətini dayandırıb. “Rabitə Voleybol Klubu”ndan apasport.az saytına verilən məlumata görə, buna maliyyə çətinliyi səbəb olub.

 

Belə ki, “Rabitə Voleybol Klubu” MMC-nin rəhbərliyi yeni mövsümlə bağlı planları müzakirə edərkən, bu bərədə qərar qəbul olunub. Bakı təmsilçisi “Telekom” komandasında yetişdirdiyi və gələcəkdə Azərbaycan millisinə faydası dəyəcək voleybolçularla yoluna davam etməyi məqsədəuyğun sayıb.

 

2015/2016 mövsümündə klub bu səbəbdən Çempionlar Liqasında və Azərbaycan Super Liqasında “Telekom”la təmsil olunacaq. “Telekom” komandasına istedadlı gənc və perspektivli oyunçuların transfer olunması da gözlənilir.