21:37 28-05-2015
news_image
552
TOP OYUNLARI

Tərlan Əhmədov: Bunun üçün müəyyən zamana ehtiyacımız var

“Sonuncu tura şərh vermək çətindir. Mənə görə, heç-heçə başa çatan oyun “Neftçi” üçün daha önəmli idi. Amma istənilən halda, komandamın son iki turda yaxşı təsir bağışlaması məni sevindirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” – AZAL oyunundan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Oyunun gedişində etdikləri dəyişikliklərin bəhrəsini verdiyini qeyd edən gənc mütəxəssis futbolçularına 1 il ərzində sərgilədikləri oyuna görə təşəkkür edib.

Tərlan Əhmədov komandada bəzi dəyişikliklərin olacağını da qeyd edib:

 

“Heyətdə müəyyən dəyişikliklər edəcəyik. Xüsusən də müdafiəni gücləndirəcəyik. Eyni zamanda, hücumçu da gətirməyi düşünürük. Bir neçə oyunçunu icarəyə vermək planımız da var. Hazırda kimin gedəcəyi, kimin gələcəyi ilə bağlı konkret danışa bilməyəcəyəm. Çünki çempionat bu gün başa çatdı. Bunun üçün müəyyən zamana ehtiyacımız var”.
 

“Neftçi”nin baş məşqçisi Arif Əsədov isə son vaxtlar yaxşı nəticə qazana bilmədiklərini qeyd edib:

 

“Bunun da səbəbləri var.  Biz “Neftçi” ailəsi olaraq, çətinlikləri arxada qoymağa çalışacağıq. Problemlərə baxmayaraq, futbolçular yaxşı təsir bağışladılar. AZAL ilə matç cari çempionatdakı sonuncu görüşümüz idi. Hazırda bütün diqqətimizi ölkə kubokunun finalına yönəltməliyik”.